Bakıda "Clear" restoranından 64 min manat oğurlamış şəxs tutuldu

Bakıda "Clear" restoranından 64 min manat oğurlamış şəxs tutuldu

29 Noyabr 2011 13:31
Bəyəndim (0) Bəyənmədim (0)

Binəqədi rayon Polis İdarəsindən bildirilir ki, bir neçə gün əvvəl rayon ərazisində fəaliyyət göstərən "Clear" restoranında müdirin otağındakı seyf naməlum şəxs tərəfindən oğurlanıb. Restoran sahibi polisə verdiyi ifadəsində oğurlanan seyfin içərisində 64 min manat pul olduğunu qeyd edib. Binəqədi rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsinin üstü açılıb. Oğurluğu törədən şəxsin, əvvəllər adıçəkilən restoranda işləmiş, Sumqayıt şəhər sakini, 28 yaşlı İntiqam Muxtar oğlu Əsgərov olduğu müəyyən edilib. Polis tərəfindən saxlanılan İ. Əsgərov törətdiyi əməli etiraf edib.

O.M.