"BƏZİ HƏKİMLƏR MƏKTƏBLİ QIZLARI ƏXLAQSIZLIĞA CƏLB EDİRLƏR"

"BƏZİ HƏKİMLƏR MƏKTƏBLİ QIZLARI ƏXLAQSIZLIĞA CƏLB EDİRLƏR"

10 Mart 2018 14:21
Bəyəndim (0) Bəyənmədim (0)

"Ölkəmizdə faciə buradadır, başqa yerdə axtarmayın. Bu rəqəm hələ az göstərilib, bu sahədə çalşan həkim bandaları da var, məsələni ört-basdır etmək müqabilində məktəbli qızların əxlaqsızlıq şəbəkələrinə cəlb edilməsini təmin edirlər".

Gununsesi.info xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa təhsil eksperti Kamran Əsədovun son 3-4 ildə 1200-dən artıq məktəbli qızın abort etdirməsi barədə məlumata reaksiya verərkən deyib. Kamran Əsədov qeyd edib ki, abort etdirənlər 9-cu, 10-cu və 11-ci sinif şagirdləridirş Təhsil eksperti təəssüflə orta məktəblərin idarə olunmasındakı ciddi boşluqların olduğunu və bunun daha təhlükəli fəsadlar yarada biləcəyini dilə gətirəcəyini deyib.

Məsələ ilə bağlı açıqlama verən deputat Fazil Mustafa deyib ki, cinsi tərbiyənin tamamilə unudulması artıq qızlarla oğlanların bir yerdə təhsil almasının təhlükəli olduğunu iddia edənlərin arqumentlərini gücləndirir. "Məktəb yaşından qızların təhsildən yayındırılaraq bir çox xoşagəlməz istiqamətlərə yönləndirilməsi sonrakı ailə faciələrinin, boşanmaların sürətlə artımının əsas səbəblərindən birini təşkil edir. Özümüzü statistik rəqəmlərlə aldatmayaq, bu sahədə Azərbaycan bəlkə də ən nəzarətsiz ölkələrdən biridir. Müvafiq dövlət qurumlarının məsələyə müdaxiləsi ancaq hansısa təsadüfi video paylaşımlarından sonra başlayır və nəticəyə elə də təsiredici rol oynamır. Milli dəyərlər, mentalitet, Həcər, Nigar, pafos, müqəddəs Azərbaycan ailəsi ritorikasını bir kənara tolazlayıb konkret bir ictimai faciənin önlənməsi ilə məşğul olmalıyıq"- deyə, deputat bildirib.