Corat bağlarından oğurluq edən şəxslər tutuldular

Corat bağlarından oğurluq edən şəxslər tutuldular

29 Noyabr 2011 11:34
684
Bəyəndim (0) Bəyənmədim (0)

Sumqayıt şəhər Polis İdarəsindən bildirilir ki, Sumqayıt ətrafında bağ evlərindən oğurluq edən şəxslər tutulub. Məlumata görə, həyata keçirilən əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş, 1987-ci il təvəllüdlü Əlibala Salahov və 1982-ci il təvəllüdlü Ramil Məlikrzayev saxlanılıblar. Onlar Corat qəsəbəsində bağ evlərindən oğurluq etməkdə ittiham olunurlar. Adıçəkilən şəxslərin 5 epizod üzrə törətdikləri oğurluq əməlləri təsdiqini tapıb. Hazırda araşdırmalar davam etdirilir.

O.M.