Gəncədə "Düz Xəbər" qəzetinin baş redaktoru həbs edildi

Gəncədə "Düz Xəbər" qəzetinin baş redaktoru həbs edildi

29 Noyabr 2011 12:32
Bəyəndim (0) Bəyənmədim (0)

Gəncə Şəhər Baş Polis İdarəsindən bildirilir ki, şəhərdə dələduzluqda ittiham edilən qəzet baş redaktoru tutulub. Məlumata görə, Gəncədə fəaliyyət göstərən "Düz Xəbər" qəzetinin baş redaktoru Habil Allahyarov dələduzluqda təqsirli bilinərək saxlanılıb. O, bir neçə şəhid ailəsindən pul alaraq onları evlə təmin edəcəyini vəd edib. Bundan başqa, H. Allahyarov daha bir neçə nəfərdən pul alaraq onları işə düzəltmək adı ilə aldadıb. Hazırda H. Allahyarovun digər dələduzluq əməllərinin olub-olmaması araşdırılır. Faktla bağlı cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

O.M.