Pulsuz qalan ata körpəsini internetdə satdı-VİDEO

Pulsuz qalan ata körpəsini internetdə satdı-VİDEO

9 Mart 2018 16:23
Bəyəndim (0) Bəyənmədim (0)

Çində pulsuz qalan və iki uşağına baxmaqda çətinlik çəkən ata15 aylıq körpəsini internet vasitəsilə satıb. Vəziyyətdən xəbərdar olan baba sayəsində uşaq xilas edilib.

Moderator.az xəbər verir ki, 22 yaşlı atası tərəfindən satılan körpəni tapan polis uşağı babasına təslim edib. Görüş anında yaşlı adam göz yaşlarını saxlaya bilməyib.

Körpəni satan atanın evdə iki oğluna baxmaq məcburiyyətində qaldığı üçün çətinlik yaşadığı və pul qazanmadığı üçün də hirslənərək oğlunu satmağa qərar verdiyi öyrənilib.

Hadisəni polisə bildirən baba uşağın qısa müddətdə tapılmasına nail olub. Uşağı satın alan ailə üçün isə cinayət işi açılıb.

Kamran