Əri ilə mübahisə etdi, özünü öldürmək istədi

Əri ilə mübahisə etdi, özünü öldürmək istədi

9 Mart 2018 11:55
Bəyəndim (0) Bəyənmədim (0)

Lənkəranda 30 yaşlı qadın intihara cəhd edib.

Hadisə rayonun Darquba kəndində baş verib.

Kənd sakini, 1988-ci il təvəllüdlü Abbasova Zülfiyyə Qəribəli qızı ailə münaqişəsi zəminində atası evində sirkə turşusu içərək intihar etmək istəyib. O, yaxınları tərəfindən Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb və vəziyyəti orta ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

Məlumata görə, münaqişə Z.Abbasova ilə həyat yoldaşı arasında baş verib. O, əri ilə telefon danışığından sonra məlum hadisəni törədib. Faktla bağlı araşdırma aparılır.APATV