"Köhnə Bakı"da 4 erməni xəsarət aldı, 1 nəfər öldü

"Köhnə Bakı"da 4 erməni xəsarət aldı, 1 nəfər öldü

28 Noyabr 2011 17:51
Bəyəndim (0) Bəyənmədim (0)

Moskvanın şimal-şərqində yerləşən "Köhnə Bakı" kafesində kütləvi dava zamanı bir neçə insan fiziki xəsarət aldı. İnterfax.ru xəbər agentliyinin məlumatına görə, polisə Tixoreçsk bulvarı ev 1 ünvanında yerləşən "Moskva" ticarət kompleksində kütləvi dava olduğu haqda məlumat daxil oldu.

Hadisə yerinə gələn polis əməkdaşları 38 yaşlı Moskva sakininin öldürüldüyünü gördülər. Ondan başqa daha 5 nəfərin xəsarət aldığının şahidi oldular. Araşdırma zamanı məlum oldu ki, onlardan 4 nəfəri Ermənistandan gəlmiş işsizlərdir.

Hadisədən bir neçə saat sonra 2 moskvalı şübhəli şəxs qismində silahla tutuldu.

O.M.