Vyanada insanlara bıçaqla hücum edən şəxs yaxalandı

Vyanada insanlara bıçaqla hücum edən şəxs yaxalandı

8 Mart 2018 08:06
Bəyəndim (0) Bəyənmədim (0)

Avstriyanın paytaxtı Vyanada insanlara bıçaqla hücum edən şəxs saxlanılıb. Onu adı hələ ki, açıqlanmır.

APA-nın məlumatına görə, bu barədə BreakingNNow xəbər verib.

Məlumata görə, cinayətkarın motivləri müəyyənləşdirilir.

***

Vyanada naməlum şəxsın bıçaqla bir qrup insana hücum etməsi nəticəsində xəsarət alanların sayı 4-ə çatıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Vyana polisinin məlumatında deyilir.

"Saat 19:45-də naməlum şəxs bıçaqla 3 nəfərə xəsarət yetirib. Bir müddət sonra dəmiryol vağzalında daha bir nəfər bıçaq yarası alıb", məlumatda deyilir.

Polis cinayətkarın axtarışını davam etdirir.