Təhsil Nazirliyinin maliyyə şöbəsinin müdir müavini barəsində həbs-qətimkan tədbirinin müddəti uzadıldı

Təhsil Nazirliyinin maliyyə şöbəsinin müdir müavini barəsində həbs-qətimkan tədbirinin müddəti uzadıldı

28 Noyabr 2011 16:31
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Təhsil Nazirliyinin maliyyə şöbəsinin həbsdə olan müdir müavini Orxan Kərimov barəsində olan həbs-qətimkan tədbirinin müddəti uzadılıb. Nəsimi rayon Məhkəməsi O. Kərimov barəsində olan həbs-qətimkan tədbirinin martın 4-dək uzadılması barədə qərar çıxarıb. Həmin qərardan apellyasiya şikayəti verilib. Yaxın günlərdə apellyasiya şikayətinə baxılacaq.

Qeyd edək ki, Orxan Kərimov bu il iyunun 6-da həbs olunub. O, Cinayət Məcəlləsinin 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə ) və 311-ci (rüşvət alma - passiv rüşvətxorluq) maddələri ilə ittiham olunur. Bir müddət əvvəl O. Kərimov barəsində seçilən həbs-qətimkan tədbirinin səhhəti ilə əlaqədar olaraq ev dustaqlığı ilə əvəz olunması üçün məhkəməyə müraciət etsə də, onun vəsatəti təmin olunmayıb.

O.M.