Cəlilabadda ağır yol qəzası baş verdi

Cəlilabadda ağır yol qəzası baş verdi

28 Noyabr 2011 16:26
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın Cəlilabad rayonunda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. Hadisə bu gün səhər saatlarında Cəlilabadın Göytəpə şəhərinin Oqtay Eynullayev küçəsində qeydə alınıb. Masallı rayonunun Alvadı kənd sakini, 1993-cü il təvəllüdlü Elvin Abdullayev idarə etdiyi "VAZ-2106" markalı, 15 BX 611 dövlət nömrəli avtomobillə yolu keçmək istəyən piyada, Göytəpə şəhər sakini, 1984-cü il təvəllüdlü Malik İbrahimovu vurub. Piyada aldığı çoxsaylı bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib. İlkin versiya kimi hadisənin sürücünün avtomaşını yüksək sürətlə idarə etməsi və həmçinin yolun buz bağlaması səbəbindən baş verdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.

O.M.