Mingəçevirdə yaşayış binasında partlayış baş verdi

Mingəçevirdə yaşayış binasında partlayış baş verdi

28 Noyabr 2011 13:59
Bəyəndim (0) Bəyənmədim (0)

Mingəçevir şəhəri Xətai küçəsində yaşayış evində partlayış baş verdi. Hadisə noyabrın 28-də gecə saat 03:00 radələrində Xətai küçəsindəki 12 saylı evin 39 saylı mənzilində qeydə alınıb. Hadisəyə Anar adlı şəxsin kirayə yaşadığı mənzilin vanna otağında standartlara uyğun olmadan quraşdırılmış su qızdırıcısının partlaması səbəb olub. Nəticədə, mənzil və içərisindəki əşyalar dağılaraq yararsız hala düşüb. İki qonşunun mənzilinə də ciddi ziyan dəyib. Şəhər Təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının həkimləri hadisə nəticəsində yüngül xəsarət alan və qorxan 4 nəfərə yaşadıqları mənzillərdə ilkin tibbi yardım göstəriblər.

O.M.