Qazaxda dəhşətli yol qəzası baş verdi

Qazaxda dəhşətli yol qəzası baş verdi

28 Noyabr 2011 13:29
Bəyəndim (0) Bəyənmədim (0)

Qazax rayon Polis Şöbəsindən verilən məlumata görə, Bakı-Qazax-Gürcüstan avtomagistralının 467-ci kilometrliyində yol qəzası baş verib. 1992-ci il təvəllüdlü Kənan Yusifovun idarə etdiyi 10-DZ-660 dövlət nömrə nişanlı "VAZ 2106" markalı avtomobil qarşıdan gələn 1974-cü il təvəllüdlü Kənan Məsimovun idarə etdiyi 90-NA-373 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobillə toqquşub. Qəza nəticəsində "Mercedes"in sürücüsü 37 yaşlı Kənan Məsimov və "VAZ 2106"nın sürücüsü 19 yaşlı Elnur Mehdiyev hadisə yerində dünyasını dəyişib. "VAZ 2106"nın sürücüsü Kənan Yusifov ağır xəsarətlərlə Qazax Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla əlaqədar araşdırma aparılır.

O.M.