Ağdaşda qayınata kürəkənini qətlə yetirdi

Ağdaşda qayınata kürəkənini qətlə yetirdi

28 Noyabr 2011 11:33
755
Bəyəndim (0) Bəyənmədim (0)

Ağdaş Rayon Prokurorluğundan bildirilir ki, noyabrın 27-də Ağdaş şəhərində şəhər sakini 51 yaşlı Tahir Əli oğlu Əhmədov ailə münaqişəsi zəminində kürəkəni 33 yaşlı Təbriz Xanəli oğlu Mustafayevi çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib. Hadisəni törədən T. Əhmədov saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

O.M.