Bakıda qanlı dava: 1 nəfər öldürülüb

Bakıda qanlı dava: 1 nəfər öldürülüb

4 Mart 2018 12:04
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Nizami rayonunda qətl törədilib. Gecə saatlarında Qara Qarayev prospekti 62 ünvanının qarşısından 1966-cı il təvəllüdlü Məmmədov Yaşar Məmməd oğlu döş qəfəsinin sol hissəsinin çoxsaylı kəsilmiş-deşilmiş xəsarətləri ilə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. çoxlu qan itirən 52 yaşlı kişi az sonra vəfat edib.

Hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində iş aparılır.

Faktla bağlı Nizami rayon Prokurorluğunda cinayət işi başlanılıb.