Bakıda keçmiş məhkumlardan silah götürüldü

Bakıda keçmiş məhkumlardan silah götürüldü

3 Mart 2018 13:52
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda əvvəllər məhkum olunmuş şəxslərdən silahlar aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Moderator.az -a verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin (RPİ) 18-ci Polis Bölməsinin (PB) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Radik Ələsgərovdan bir ədəd nömrəsi silinmiş "Makarov" markalı tapança, bir ədəd patron darağı və beş ədəd patron götürülüb.

Bundan başqa, Nəsimi RPİ 21-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Nurəddin Məmmədovdan "Makarov" markalı tapança, bir ədəd patron darağı və səkkiz ədəd patron götürülüb.