Milli Ordunun kapitanı 8 il həbs cəzası aldı

Milli Ordunun kapitanı 8 il həbs cəzası aldı

26 Noyabr 2011 16:21
Bəyəndim (0) Bəyənmədim (0)

Tərtər Hərbi Məhkəməsindən bildirilir ki, Azərbaycan Ordusunun rüşvətxorluqda təqsirləndirilən zabitinə hökm oxunub. Məlumata görə, Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin qərargah bölüyünün komandiri, kapitan Ramil Eyvazov Cinayət Məcəlləsinin 311.3.2-ci (rüşvət alma - təkrar törədildikdə), 311.3.4-cü (rüşvət alma - hədə qorxu tətbiq olunmaqla törədildikdə) və 331.2-ci (hərbi qulluqçunu təhqir etmə, döymə və işgəncə vermə) maddələri ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilib. Birinci instansiya məhkəməsinin çıxardığı hökmlə razılaşmayan hərbçi apellyasiya şikayəti verib. R. Eyvazovun apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsində baxılacaq.

O.M.