Dağıstanda azərbaycanlı məmurun maşını partladıldı

Dağıstanda azərbaycanlı məmurun maşını partladıldı

26 Noyabr 2011 15:01
Bəyəndim (0) Bəyənmədim (0)
Yaralının bir ayağı qopdu

Rusiya Federasiyası Dağıstan respublikasının Kaspiysk şəhərində Texniki İnventarlaşdırma Bürosunun rəisi, milliyyətcə azərbaycanlı olan Əfəndi Şıxbabayevin maşını partladılıb. İtar-Tass xəbər agentliyinin məlumatına görə, hadisə nəticəsində məmurun bir ayağı qopub. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Bu gün yerli vaxtla 13:30 radələrində Lenin küçəsində 20 saylı yaşayış binası ilə üzbəüz naməlum şəxs Hyundai Sonata maşınının altına kustar üsulla hazırlanmış partlayıcı qurğu yerləşdirib. Əfəndi Şıxbabayev maşınına oturarkən qurğu işə düşüb.

Rusiya Federasiyası İstintaq Komitəsinin rəsmi saytının məlumatına görə, faktla bağlı Cinayət Məcəlləsinin 30-cu maddə 3-cü hissə, 105-ci maddə 1-ci hissə (öldürməyə cəhd), 222-ci maddə 1-ci hissə (qanunsuz silah dövriyyəsi), 223-cü maddə (qanunsuz silah istehsalı), 167-ci maddə 2-ci hissə (qəsdən mülkiyyəti məhv etmək) maddələri üzrə cinayət işi açılıb. Hal-hazırda cinayətkarın tutulması və cinayətin motivlərinin, eyni zamanda təşkilatçılarının müəyyən edilməsi istiqamətində istintaq-axtarış tədbirləri həyata keçirilir.

Bomba yarası sağalar, söz yarası sağalmaz...

Hafiz Əhmədov

O.M.