Belçika polisi 4.5 ton kokaini müsadirə edib

Belçika polisi 4.5 ton kokaini müsadirə edib

1 Mart 2018 09:56
Bəyəndim (0) Bəyənmədim (0)

Belçika təhlükəsizlik qüvvələri həftə ərzində 4,5 ton kokain ələ keçirib.

"Qafqazinfo" "Gazeta.ru"ya istinadən xəbər verir ki, əməliyyatlar Antverpen limanında baş tutub.

Məlumata əsasən, konteynerlərdə Kolumbiyadan gətirilməli olan bananlar əvəzinə kokain aşkarlanıb. Saxlanılan 6 nəfərdən 5-i Niderland, digəri isə Kolumbiya vətəndaşıdır.

Polis ələ keçirilən narkotiki 170 milyon avro dəyərində olduğunu bildirib.