Bakıda avtomobil qəzasında 4 nəfər xəsarət aldı

Bakıda avtomobil qəzasında 4 nəfər xəsarət aldı

26 Noyabr 2011 14:29
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakıda ağır yol qəzası baş verdi. APA-nın məlumatına görə, hadisə Əzizbəyov metrosunun yaxınlığında qeydə alınıb. "VAZ-21011" markalı maşın yolun əks istiqaməti ilə hərəkət edən "Mercedes" markalı maşınla toqquşub. Qəza nəticəsində "VAZ-21011" markalı maşında olan 4 nəfər - 50 yaşlı Fazil Kərimov, 22 yaşlı Elşad Kərimov, 20 yaşlı Şəhla Kərimova və bir azyaşlı uşaq xəsarət alıb. Yaralıların hamısı bir ailənin üzvüdür. Təcilli Tibbi Yardım Stansiyasından bildirilib ki, yaralılar Klinik Tibbi Mərkəzə yerləşdiriliblər.

Maşının sükanı sərnişinlərin həyatının sükanıdır...

Hafiz Əhmədov

O.M.