Ziyad Səmədzadə yol qəzasına düşdü

Ziyad Səmədzadə yol qəzasına düşdü

26 Noyabr 2011 12:30
Bəyəndim (0) Bəyənmədim (0)

Binəqədi Rayon Polis İdarəsindən bildirilir ki, Azərbaycan Milli Məclisinin deputatı, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri yol qəzasına düşüb. Hadisə noyabrın 25-də Binəqədi rayonu Cəfər Xəndan küçəsində qeydə alınıb. Millət vəkili Z. Səmədzadənin xidməti maşını, "Nissan" markalı, 10 AA 411 dövlət nömrə nişanlı avtomobil yolun əks istiqaməti ilə hərəkət edən "Mercedes" markalı avtomobillə toqquşub. Nəticədə, hər iki maşının sürücüsü və Z. Səmədzadə müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

O.M.