Peterburqda azərbaycanlı qonşusunu güllələdi

Peterburqda azərbaycanlı qonşusunu güllələdi

25 Noyabr 2011 15:43
Bəyəndim (0) Bəyənmədim (0)
Səbəb həkim qonşunun uşaqlarının səs-küy salması, onu yatmağa qoymaması idi

Dünən gecə yarısı Peterburqun cənubunda, Frunze rayonunun Zaqreb bulvarı ərazisində yerləşən 15 saylı evdə iki qonşu arasında mübahisə yarandı. 52 yaşlı həkim N.Aleksandrla bir mərtəbə aşağıda yaşayan 37 yaşlı A.İlqar arasında sözlü mübahisə tezliklə əlbəyaxa münaqişəyə çevrildi. Украина Криминальная xəbər agentliyinin Life News Online saytına istinadən yaydığı xəbərdə bildirilir ki, münaqişəyə səbəb üst mərtəbədə yaşayan həkimin uşaqlarının mütəmadi olaraq səs-küy salmaları, gecə saatlarında alt qonşunu narahat etmələri olub. Sonuncu dəfə A.İlqar bloka çıxaraq N.Aleksandra irad bildirərkən ikinci onu millətçilik zəminində təhqir edərək, köçüb getməsini tələb edib və sinəsindən geri itələyib. Əsəbiləşən azərbaycanlı travmatik silahını çıxararaq həkimi güllələyib. Zərərçəkmiş sol budundan yaralanıb. İnsident 14-cü mərtəbənin sahəsində baş verib. Faktla bağlı araşdırma aparılır.

Azərbaycanlılar tez-tez rus "qonaqpərvərliyinin" şahidi olurlar...

Sərvər Aslanov

O.M.