Rusiya məktəbində iki doqquz yaşlı qız zorlandı

Rusiya məktəbində iki doqquz yaşlı qız zorlandı

25 Noyabr 2011 15:45
Bəyəndim (0) Bəyənmədim (0)
Manyak böyük tənəffüs zamanı məktəbə pəncərədən daxil olmuşdu

Srağagün Rusiyanın Petropavlovsk-Kamçatka şəhərində dəhşətli hadisə baş verdi. Tənəffüs zamanı manyak məktəbə daxil olaraq, 2 doqquz yaşlı qızı zorladı. Crims.ru xəbər agentliyinin məlumatına görə, uşaqbaz cəmi bir neçə saatdan sonra tutuldu. Məlum oldu ki, o, bir ay əvvəl azadlığa buraxılmış məhkumdur. İstintaq sirri olduğundan hələlik cinayəti törətmiş şəxsin adı açıqlanmır. Şübhəlinin ilkin ifadəsinə əsaslanan müstəntiqlər hadisənin xronoloji ardıcıllığını bu cür göstərirlər: "Gündüz nahar vaxtı o, pəncərədən məktəbə daxil oldu. Soyunma otağına keçərək qarşısına çıxan ilk çantadan mobil telefonu oğurladı. Aradan çıxmaq istəyərkən gözü açıq qalan sinif otaqlarından birinə sataşdı. Manyak sinfə daxil olaraq qapını içəridən başladı və bıçaq çıxararaq, hədə-qorxu yolu ilə üçüncü sinif şagirdlərini zorladı. Hadisədən dərhal sonra aradan çıxdı. Zorlananlar bu barədə müəllimlərinə məlumat verdilər. Həmin günün axşamı polislər manyakı yaxaladılar". Rusiya Federasiyası İstintaq Komitəsinin Petropavlovsk-Kamçatka İstintaq İdarəsinin rəisi Aleksey Puzıryov məlumat verir ki, hadisə Rusiya Federasiyası İstintaq Komitəsinin və Təhsil Nazirliyinin ciddi nəzarətindədir. Rusiya məktəblərində mühafizənin lazımı səviyyədə təşkil olunması məsələsi üzrə birgə iş gedir.

Həyat bir məktəbdir. Başqasının səhvində öyrənən imtahandan üzü ağ çıxar...

Sərvər Aslanov

O.M.