
Azərbaycanda 24 noyabrın kriminal xronikası
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 34 cinayət faktı qeydə alınmış, onların da 15-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 3 cinayətin üstü açılmışdır.
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 5 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 7 nəfər isə yaralanmışdır.
8 yanğın hadisəsi qeydə alınmışdır.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 1 fakt, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.
Cinayət törətdiklərinə görə 11 nəfər tutulmuşdur.
Tərtər rayonunun Cəmilli kəndi ərazisində yol-nəqliyyat hadisəsi
24.11.2011
Noyabrın 24-də
saat 21.00 radələrində Tərtər rayonunun Cəmilli kəndi ərazisində rayon sakini Sənan
Əmirovun idarə etdiyi "Daevoo" markalı və Naftalan şəhər sakini Ziyafət
Məmmədovun idarə etdiyi "VAZ-2106" markalı avtomaşınlar toqquşmuşdur.
Nəticədə S.Əmirovun sərnişini, Tərtər rayon sakini Aybəniz Əmirova hadisə yerində
ölmüşdür.
Tərtər RPŞ tərəfindən araşdırma aparılır.
Samux rayonu ərazisində yol-nəqliyyat hadisəsi
24.11.2011
Noyabrın 24-də
saat 20.00 radələrində Samux rayonu ərazisində Gəncə şəhər sakini Əhliman
Əliyev idarə etdiyi "VAZ-2121" markalı avtomaşınla yolu keçən Brilyant
Qafarovanı vurmuşdur. Nəticədə B.Qafarova hadisə yerində ölmüşdür.
Samux RPŞ tərəfindən araşdırma aparılır.
Nərimanov rayonu Təbriz küçəsində yol-nəqliyyat hadisəsi
24.11.2011
Noyabrın 24-də
saat 20.00 radələrində Nərimanov rayonu Təbriz küçəsində müəyyən edilməmiş
avtomaşınla Bakı şəhər sakini Safəddin Əliyev vurulmuşdur. Nəticədə xəsarət
almış S.Əliyevə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra
buraxılmışdır.
Nərimanov RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Nizami rayonu R.Rüstəmov küçəsində yol-nəqliyyat hadisəsi
24.11.2011
Noyabrın 23-də
saat 22.30 radələrində Nizami rayonu R.Rüstəmov küçəsində müəyyən edilməmiş
avtomaşınla Bakı şəhər sakini Vüqar Əliyev vurulmuşdur. Nəticədə xəsarət almış
V.Əliyevə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır.
Nizami RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Bakı şəhər sakini Roza Xasanova tutulmuşdur
24.11.2011
Suraxanı RPİ 30-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 26-da Məleykə Məmmədovanın evinə girib pul verməsini tələb etmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Roza Xasanova tutulmuşdur.
Oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Həmzə Süleymanov və Vüsal Abdullayev tutulmuşlar
24.11.2011
Suraxanı RPİ 30-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 22-də Zair Almazovun bağ evindən oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Həmzə Süleymanov və Vüsal Abdullayev tutulmuşlar.
Hacıqabul şəhər sakini Faiq Ağayev tapdığı silahı könüllü olaraq təhvil vermişdir
24.11.2011
Hacıqabul şəhər sakini Faiq Ağayev tapdığı 1 ədəd nömrəsi silinmiş "Naqan" tipli tapançanı könüllü olaraq Hacıqabul RPŞ-nə təhvil vermişdir.
Quba rayonu ərazisində yol-nəqliyyat hadisəsi
24.11.2011
Noyabrın 24-də
saat 12.45 radələrində Quba rayonu ərazisində Bakı şəhər sakini Şamil Kamilov
idarə etdiyi "Seat Alhambra" markalı avtomaşını ağaca vurmuşdur. Nəticədə
Ş.Kamildovun xəsarət almış sərnişini, Rusiya Federasiyası vətəndaşı Rəsul
Hacıyev xəstəxanaya yerləşdirilmişdir.
DİN BDYPİ tərəfindən araşdırma aparılır.
Şahbuz rayon sakini İlqar Məmmədovu elektrik cərəyanı vurmuşdur
24.11.2011
Noyabrın 24-də Şahbuz rayonunun Qızıl-Qışlaq kəndinin ərazisində kənd sakini İlqar Məmmədovu elektrik cərəyanı vurması nəticəsində ölmüşdür.
Sumqayıt şəhər sakini Gülxarə Əlixanova, Göygöl rayon sakini Asif Bayramov dəm qazından zəhərlənmişlər
24.11.2011
Noyabrın 24-də Sumqayıt şəhər sakini Gülxarə Əlixanova, Göygöl rayon sakini Asif Bayramov mənzillərindən dəm qazından zəhərlənmə diaqnozları ilə xəstəxanaya gətirilmişlər.
Həyatın enişli-yoxuşlu yollarına hazır olmaq lazımdır...
Sərvər Aslanov
O.M.