Yol qəzasında bir nəfər ağır yaralandı

Yol qəzasında bir nəfər ağır yaralandı

24 Noyabr 2011 14:37
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün saat 13:20 radələrində Bakı-Quba-Rusiya sərhədi yolunun 172-ci kilometrliyində, Quba rayonunun Vladimirovka kəndi ərazisində 1 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Yol Patrul Xidmətinin əməkdaşı Dəyanət Mirzəbəyovun verdiyi məlumata görə, Qubadan Xudat şəhəri istiqamətində hərəkət edən Quba rayon sakini, 1966-cı il təvəllüdlü Kamilov Şamil Adil oğlunun idarə etdiyi 50 CF 647 dövlət nömrə nişanlı "SEAT" markalı sərnişin avtomobili yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə avtomobildə olan sərnişin, Rusiya Federasiyası Dağıstan Respublikasının vətəndaşı, 1957-ci il təvəllüdlü Hacıyev Rəsul ağır bədən xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Hazırda yaralı koma vəziyyətindədir. Qəzanın yolun buzlu olması və avtomobilin yüksək sürətlə idarə edilməsi səbəbindən baş verdiyi ehtimal edilir. Faktla bağlı araşdırma aparılır.

Yol buz olsa da, insanların qəlbi buz bağlamamalıdır...

Hafiz Əhmədov

O.M.