Azərbaycanda 23 noyabrın kriminal xronikası

Azərbaycanda 23 noyabrın kriminal xronikası

24 Noyabr 2011 12:09
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən ölkəmizdə 60 cinayət faktı qeydə alınmışdır

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 60 cinayət faktı qeydə alınmış, onların da 25-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 7 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 11 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 6 nəfər isə yaralanmışdır.

7 yanğın hadisəsi qeydə alınmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10 fakt, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 30 nəfər tutulmuşdur.

Naməlum şəxs Salyan rayon sakini Habil Qurbanovun etimadını qazanaraq bankomat kartından 355 manat çıxarmışdır

23.11.2011

Noyabrın 19-da Qaradağ rayonu Ələt qəsəbəsinin ərazisində naməlum şəxs Salyan rayon sakini Habil Qurbanovun etimadını qazanaraq bankomat kartından istifadə edərək onun hesabında olan 355 manatı çıxarmışdır.
Qaradağ RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Quba rayonu ərazisində yol-nəqliyyat hadisəsi

23.11.2011

Noyabrın 23-də saat 21.00 radələrində Quba rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla rayon sakini Rüfət Zamanov vurulmuşdur. Nəticədə xəsarət almış R.Zamanov xəstəxanaya yerləşdirilmişdir.
Quba RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Sumqayıt şəhəri ərazisində yol-nəqliyyat hadisəsi

23.11.2011

Noyabrın 23-də saat 19.30 radələrində Sumqayıt şəhəri ərazisində Abşeron rayon sakini Eldar Məsimov idarə etdiyi "Reno" markalı avtomaşını yolun kənarında dayanmış "MAZ" markalı avtomaşına vurmuşdur. Nəticədə "MAZ" markalı avtomaşının arxa təkərini təmir edən sürücü Güloğlan Qurbanov hadisə yerində ölmüş, E.Məsimovun xəsarət almış sərnişini, Bakı şəhər sakini Vaqif Qarayev isə xəstəxanaya yerləşdirilmişdir.
Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.

Yasamal rayonu C.Cabbarlı küçəsində yol-nəqliyyat hadisəsi

23.11.2011

Noyabrın 22-də saat 15.00 radələrində Yasamal rayonu C.Cabbarlı küçəsində müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini Rüstəm Mirzəyev vurulmuşdur. Nəticədə xəsarət almış R.Mirzəyevə ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır.
Yasamal RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Xətai rayonu Mirhəsənağa küçəsində yol-nəqliyyat hadisəsi

23.11.2011

Noyabrın 23-də saat 20.00 radələrində Xətai rayonu Mirhəsənağa küçəsində müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini Nailə İsgəndərova vurulmuşdur. Nəticədə xəsarət almış N.İsgəndərovaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır.
Xətai RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Etibar Göyüşovun mənzilindən və qızıl əşyaları oğurlamaqda şübhəli bilinən Kürdəmir rayon sakini Azər Şərifov tutulmuşdur

23.11.2011

Binəqədi RPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 2-də Etibar Göyüşovun mənzilindən 1500 manat və qızıl əşyalarını oğurlamaqda şübhəli bilinən Kürdəmir rayon sakini Azər Şərifov tutulmuşdur.

Soyğunçuluq etdiyinə görə tutulmuş Əli Qurbanovun digər cinayət əməli müəyyən edilmişdir

23.11.2011

Nəsimi RPİ 22-ci PB əməkdaşları tərəfindən soyğunçuluq etdiyinə görə tutulmuş Əli Qurbanovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun mayın 22-də Tamila Hacıyevaya və sentyabrın 23-də Afət Abdullayevaya qarşı zor tətbiq edərək onlardan da qızıl boyunbağılarını alması müəyyən edilmişdir.

Oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Pərviz Sadıqov tutulmuşdur

23.11.2011

Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 22-də Vəsilə Ağayevanın evindən 8 manat, 1 ədəd noutbuk və 1 mobil telefonu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Pərviz Sadıqov tutulmuşdur.

Avtomaşınlardan oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Ramin Cəbrayılov tutulmuşdur

23.11.2011

Nərimanov RPİ 18-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 14-də Şahin Əliyevə məxsus "VAZ-2107" markalı avtomaşından maqnitofonu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ramin Cəbrayılov tutulmuşdur. R.Cəbrayılovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun iyulun 4-də Şahin Məmmədyarova məxsus "VAZ 2107" markalı avtomaşından da 1 ədəd təkər və ehtiyat hissələrini oğurlaması müəyyən edilmişdir.

Nəsimi rayonu H.B.Əliyev küçəsində yol-nəqliyyat hadisəsi

23.11.2011

Noyabrın 23-də saat 22.30 radələrində Nəsimi rayonu H.B.Əliyev küçəsində müəyyən edilməmiş avtomaşınla Türkiyə vətəndaşı Baydar Sultan Mustafa oğlu vurulmuşdur. Nəticədə xəsarət almış Baydar Sultan Mustafa oğluna xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır.
Nəsimi RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Suraxanı rayonu ərazisində yaşayan Xırda Nağıyeva, Xətai rayonu ərazisində yaşayan Rasim Əliyev mənzillərində dəm qazından boğularaq ölmüşlər

23.11.2011

Noyabrın 23-də Suraxanı rayonu H.Allahverdiyev küçəsindəki evlərdən birində yaşayan Xırda Nağıyeva, noyabrın 24-də Xətai rayonu Telnov küçəsində yaşayan Rasim Əliyev mənzillərində dəm qazından boğularaq ölmüşlər.

Sumqayıt şəhər sakini Sevda Qulamova, Ceyranbatan qəsəbə sakini Leyla Cabbarova dəm qazından zəhərlənmişlər

23.11.2011

Noyabrın 23-də Sumqayıt şəhər sakini Sevda Qulamova, Ceyranbatan qəsəbə sakini Leyla Cabbarova mənzillərindən dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanalara gətirilmişlər.

Bakı şəhər sakini Elşən Əliyev 4-cü mərtəbədən yıxılaraq ölmüşdür

23.11.2011

Noyabrın 23-də Nizami rayonu Şərifli küçəsindəki tikintidə, orada işləyən Bakı şəhər sakini Elşən Əliyev 4-cü mərtəbədən yıxılaraq ölmüşdür.
Araşdırmalar aparılır.

Gəncə şəhər sakini Kamilə Aslanova sirkə turşusundan zəhərlənmişdir

23.11.2011

Noyabrın 23-də Gəncə şəhər sakini Kamilə Aslanova evindən sirkə turşusundan zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətirilmiş, vəziyyəti ağırdır.

Qanun ona hörmət qoymayanları cəzalandırır...

Sərvər Aslanov

O.M.