Maştağada 2 bıçaqlanma hadisəsi oldu

Maştağada 2 bıçaqlanma hadisəsi oldu

22 Noyabr 2011 11:12
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı şəhər Baş Polis İdarəsi məlumat verir ki, Bakının Maştağa qəsəbəsində iki bıçaqlanma hadisəsi olub. Məlumata görə, naməlum şəxs Maştağa qəsəbəsi, Xanlar küçəsində yaşayan Kamran Kərimova qarın nahiyəsindən bıçaqla xəsarət yetirib. Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 14-cü Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Bakı şəhər sakini Şəhriyar Abbasquliyev noyabrın 21-də tutulub.

Bundan başqa, naməlum şəxs Maştağa qəsəbəsi, H. Abbasov küçəsində yaşayan Sahib Cəfərquliyevə bıçaqla xəsarət yetirib. Sabunçu RPİ 14-cü PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Bakı şəhər sakini Kamal Hüseynov noyabrın 21-də saxlanılıb. Hər iki faktla bağlı araşdırma aparılır.

O.M.