Sabunçu qəsəbəsində 48 yaşlı kişi venalarını kəsərək intihar etdi

Sabunçu qəsəbəsində 48 yaşlı kişi venalarını kəsərək intihar etdi

21 Noyabr 2011 12:33
Bəyəndim (0) Bəyənmədim (0)

Sabunçu Rayon Prokurorluğundan verilən məlumata görə, Sabunçu qəsəbəsində intihar hadisəsi qeydə alınıb. Qəsəbə ərazisində kirayədə yaşayan 48 yaşlı İlqar Tağı oğlu Ağayev yaşadığı evdə qollarını doğrayıb. Venaları kəsilən İ. Ağayev çoxlu qan itirdiyindən dünyasını dəyişib. Mərhumun özünə qəsd etməsinin səbəbləri məlum deyil. Fakta bağlı araşdırma aparılır.

O.M.