Qanunsuz silah saxlayan iş adamı həbs olunub

Qanunsuz silah saxlayan iş adamı həbs olunub

21 Noyabr 2011 12:02
Bəyəndim (0) Bəyənmədim (0)

Suraxanı Rayon Polis İdarəsindən məlumat verilir ki, Hövsan qəsəbə sakini, 51 yaşlı Rüstəm Nuru oğlu Səfərov qanunsuz silah saxlamaqda təqsirli bilinərək saxlanılıb. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Səfərovdan 15 il qanunsuz gəzdirdiyi "Naqan" tipli tapança güllələri ilə birgə aşkar edilərək götürülüb. Polisdən həmçinin bildirilir ki, saxlanılan R. Səfərov Bakıda böyük ticarət obyektlərinin sahibidir.

O.M.