VİDEO-Goranboyda sərnişin avtobusu "Jiquli" ilə toqquşdu

VİDEO-Goranboyda sərnişin avtobusu "Jiquli" ilə toqquşdu

19 Noyabr 2011 21:41
Bəyəndim (0) Bəyənmədim (0)
Ölən və yaralananlar var

Bu gün saat 18:15 radələrində Bakı-Qazax yolunun Goranboy rayonu istiqamətində ağır yol-nəqliyyat hadisəsi baş verdi. 10-MC-149 dövlət nömrə nişanlı Goranboy rayonlararası avtobusu qarşı tərəfdən gələn 21BD-476 dövlət nömrə nişanlı "Jiquli" markalı maşınla toqquşdu. Nəticədə, "Jiquli"nin sürücüsü yerindəcə öldü. Avtobus sərnişinləri arasında da çoxlu sayda yaralı və ölü var. Hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları yaralıları xəstəxanaya çatdırdılar.

Yüksək sürət insanı tanımadığı ünvanlara aparır...

Bayram Rüstəmov

O.M.