VİDEO-Moskvada 3 azərbaycanlı yanaraq öldü

VİDEO-Moskvada 3 azərbaycanlı yanaraq öldü

17 Noyabr 2011 13:33
Bəyəndim (0) Bəyənmədim (0)
Onlar işdən evə qayıdarkən yol qəzasına uğradılar

Moskvanın Kutuzov prospektində tanınmış vəkil və siyasətçi Dmitri Yakubovskinin qızı qəza törətdi. Lifenews saytının məlumatına görə, hadisə nəticəsində 3 nəfər yanaraq öldü.

22 yaşlı Darya Yakubovskayanın idman üslublu "Mercedes"i və onun mühafizəçilərinin "Jeep"i qarşı tərəfdən onların yoluna çıxan "Волга" ilə toqquşdular. Sonra həmin "Волга" "ВАЗ-2109" markalı maşına dəyərək partladı. Nəticədə, 3 nəfər yanaraq öldü. Darya Yakubovskayaya xətər yetirilməsə də, onun "Mercedes CL-216" markalı maşını yüngül, mühafizəçilərin bahalı "Geländewagen" maşını isə ciddi xəsarət aldı. Daha dəqiq desək, mühafizəçiləri daşıyan maşının təkəri qopdu. "Волга" isə fırlanaraq, "ВАЗ-2109" maşınına çırpıldı. Bu zaman "Волга"-nın qaz balonu partladı və hər iki maşın alışmağa başladı. "Jiquli"-də olan 3 azərbaycanlı yanaraq öldü. Hadisənin səbəbkarı isə yaralı vəziyyətdə maşınını tərk edərək qaçdı. Ölənlər Kiyev vağzalı ərazisində gül ticarəti ilə məşğul olurdular və hadisə zamanı işdən evə qayıdırdılar.

Yol qəzasında təqsirli bilinən sürücü barəsində cinayət işi açılıb. Məhkəmənin ilk iclası 20 dekabr gününə nəzərdə tutulub.

Maraqlıdır ki, 10 dəqiqədən sonra "Волга"-nın sahibi polisə zəng vuraraq maşınının qaçırıldığı barədə məlumat vermişdi. Lakin yarım saat sonra o, yanıq travması ilə "Fili-Davıtkovo" RPŞ-yə gələrək günahını etiraf etdi.

O da qəribədir ki, sonradan yol qəzası aktlaşdırılarkən Darya Yakubovskayanın və onun mühafizəçilərinin adları hadisə iştirakçıları kimi qeyd olunmadı.

Yeri gəlmişkən, Darya Yakubovskayanın atası 8 dəfə nikaha girib və hər ailəsinə bahalı maşınlar və villalar hədiyyə edib.

Ən böyük bəla kasıbçılıqdır. Dərd də nədənsə həmişə kasıbın qarşısına çıxır...

Hafiz Əhmədov

O.M.