Rusiyada 3 azərbaycanlı 15 erməni tərəfindən döyüldü

Rusiyada 3 azərbaycanlı 15 erməni tərəfindən döyüldü

17 Noyabr 2011 13:18
Bəyəndim (0) Bəyənmədim (0)
15 maskalı erməni beşbarmaq, dəyənək və tapançalarla silahlanmışdı


Srağagün Rusiyanın İrkutsk şəhərində qanlı hadisə baş verdi. Bu gün Lifenews xəbər agentliyinin yaydığı məlumata görə, "Cадоводствo"-"Мельничная Падь" marşrutu üzrə hərəkət edən avtobusun sonuncu dayanacağına gözlənilmədən 3 avtomobil daxil oldu. Maşınlardan düşən 15 maskalı cinayətkar sürücülərə hücum etdi. Şahidlərin ifadələrində bildirilir ki, banditlərin əllərində beşbarmaq, dəyənəklər və tapançalar var idi. Onlar 3 sürücünü ölümcül dərəcədə döyüb, avtomobillərini sındırdılar və aradan çıxdılar. Yaralılar ağır vəziyyətdə xəstəxanaya yerləşdirildi və şəhərdə "Axtarış" planı həyata keçirildi. Hazırda canilərin avtomobillərindən biri müəyyən edilib.

Rusiya İstintaq Komitəsinin İrkuts şöbəsindən bildirilir ki, yaralılar ağır vəziyyətdə olduqlarından onlarla söhbət etmək hələlik mümkün deyil. Sadəcə o məlumdur ki, hər 3 zərərçəkmiş Azərbaycan vətəndaşıdır. Faktla başlı cinayət işi açılıb, araşdırma aparılır.

НГС Иркутск qəzetinin ehtimalına görə, hücumu erməni millətindən olan cinayətkar dəstə həyata keçirmiş ola bilər. Banda başçısı, dəfələrlə məhkum olunmuş Aşot Danielyan və onun 14 nəfər əlaltısı bu ilin mart ayında həbsə alınıblar. Danielyan 17 il müddətinə, digərləri isə 5 ildən 15 ilə qədər həbsə məhkum olunublar. Qəzet onu da istisna etmir ki, sonuncu cinayət ermənilərin bütün qafqazlıların biznesini, əsasən də nəqliyyat biznesini təsir altına almaq istəyindən irəli gəlir.

Qeyd: şəkildə gördüyünüz şəxs Aşot Danielyandır.

Türklər demişkən, çörək aslanın ağzındadır...

Sərvər Aslanov

O.M.