Moskvada erməni müstəntiq yol polisindən rüşvət alarkən tutuldu

Moskvada erməni müstəntiq yol polisindən rüşvət alarkən tutuldu

17 Noyabr 2011 11:37
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın paytaxtında Rusiya Federasiyası İstintaq Komitəsinin erməni millətindən olan müstəntiqi və vəkil barəsində cinayət işi açılıb. Onlar yol polislərindən rüşvət tələb etməkdə ittiham olunurlar. Crims.ru saytının məlumatına görə, dünən hər iki şəxs barəsində Rusiya Federasiyası İstintaq Komitəsində dələduzluq maddəsi ilə cinayət işi açılıb. İlkin məlumatda bildirilir ki, Rusiya Federasiyası İstintaq Komitəsinin Qolovinsk rayon Şöbəsinin baş müstəntiqi - erməni Tiqran Xaçatryan Moskva Şəhər Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyi (ГИБДД) xüsusi batalyonunun 2 əməkdaşını yoxlayıb. Yoxlama zamanı məlum olub ki, yol polisləri dəfələrlə sürücülərdən rüşvət alıblar. Tiqran Xaçatryan tanış vəkili Malinin Alekseyin əli ilə yol polislərindən 1.5 mln. rubl rüşvət tələb edib. Onlara bildirib ki, əks təqdirdə yol polisləri barəsində RF CM-nın 290-cı maddəsinin ən ağır bəndləri üzrə cinayət işi açılacaq. Yol polislərinin o qədər nağd pulları olmadıqları üçün tələb olunan məbləğ 150 min rubla endirilib. Yol polislərindən biri 100 min rubl versə də, digəri verməyib. Müstəntiq Xaçatryan hər iki yol polisini dərhal həbsə alıb.

Hazırda Tiqran Xaçatryan və onunla əlbir olan vəkil Aleksey Malinin barəsində cinayət işi açılıb. Tiqran Xaçatryan dünən gecə saatlarında tutulsa da, Aleksey Malinin axtarışdadır.

Rüşvətxor olmaq rəzillikdirsə, erməni olmaq ikiqat rəzillikdir. Çünki ancaq erməni millətindən olan rüşvətxor pul aldıqdan sonra həmin adamı tutdura bilər...

Hafiz Əhmədov

O.M.