Azərbaycanda 15 noyabrın kriminal xronikası

Azərbaycanda 15 noyabrın kriminal xronikası

16 Noyabr 2011 13:09
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən ölkəmizdə 52 cinayət faktı qeydə alınmışdır

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 52 cinayət faktı qeydə alınmış, onların da 28-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 3 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 8 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 6 nəfər ölmüş, 2 nəfər isə yaralanmışdır.

12 yanğın hadisəsi qeydə alınmışdır ki, nəticədə 5 nəfər yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 32 nəfər tutulmuşdur.

Arvadı Reyhanın başına balta ilə vuraraq qətlə yetirmiş Bərdə rayonunun Mustafaağalı kənd sakini Rasim Həsənov könüllü olaraq polis şöbəsinə gəlmişdir

15.11.2011

Noyabrın 15-də saat 08.00 radələrində Bərdə rayonunun Mustafaağalı kəndi ərazisində, kənd sakini Rasim Həsənov ailə-məişət münaqişəsi zəminində arvadı Reyhanın başına balta ilə vuraraq qətlə yetirmişdir. R.Həsənov könüllü olaraq Bərdə RPŞ-nə gəlmişdir.

Qaraçuxur qəsəbəsindəki yataqxanada yaşayanlar Elşən Orucov və Kəmalə Bağırova dəm qazından zəhərlənmişlər

15.11.2011

Noyabrın 14-də Suraxanı rayonunun Qaraçuxur qəsəbəsindəki yataqxanada yaşayanlar Elşən Orucov və Kəmalə Bağırova dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilmiş, vəziyyətləri ağırdır.

Yasamal rayonu ərazisində yaşayan Rauf Güləlizadə dəm qazından boğulmuşdur

15.11.2011

Noyabrın 15-də Yasamal rayonu ərazisində yaşayan Rauf Güləlizadə evində hamamda çimərkən dəm qazından boğulmuşdur.

Sumqayıt şəhər sakini İsmayıl İsrafilov avtomaşının altında qalaraq aldığı xəsarətdən ölmüşdür

15.11.2011

Noyabrın 15-də Qaradağ rayonundakı "Binə" ticarət mərkəzinin ərazisində, Sumqayıt şəhər sakini İsmayıl İsrafilov "Hyundai" markalı avtomaşınını təmir edərkən avtomaşın qəflətən hərəkətə gəldiyindən, o təkərlərin altında qalmışdır. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş İ.İsrafilov orada ölmüşdür.

Masazır qəsəbə sakini Xəyalə Əsgərova dərmandan, Sumqayıt şəhərinin Qurd Dərəsi adlanan bağlar sahəsində yaşayan Elnarə Babayeva dəm qazından zəhərlənmişlər

15.11.2011

Noyabrın 15-də Abşeron rayonunun Masazır qəsəbə sakini Xəyalə Əsgərova evindən dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilmiş, vəziyyəti ağırdır.
Noyabrın 15-də Sumqayıt şəhərinin Qurd Dərəsi adlanan bağlar sahəsində yaşayan Elnarə Babayeva evindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilmiş, vəziyyəti qənaətbəxşdir.

Ağcabədi şəhər sakini Haqverdi Tağıyev su arxına düşərək boğulmuşdur

15.11.2011

Noyabrın 15-də Ağcabədi şəhəri ərazisində, şəhər sakini 11 yaşlı Haqverdi Tağıyev evlərinin yaxınlığındakı su arxına düşərək boğulmuşdur.

Qaradağ rayonu ərazisində yol-nəqliyyat hadisəsi

15.11.2011

Noyabrın 15-də saat 23.30 radələrində Qaradağ rayonu ərazisində Bakı şəhər sakini Elxan Camalxanov "Hyundai-Sonata" markalı avtomaşını idarə edərkən onu reklam şitinin dirəyinə vurmuş və avtomaşında yanğın baş vermişdir. Nəticədə sürücü hadisə yerində ölmüş, yanğın söndürüldükdən sonra sərnişini naməlum kişinin yanmış meyiti aşkar edilmişdir.

Quba rayonu ərazisində yol-nəqliyyat hadisəsi

15.11.2011

Noyabrın 15-də saat 20.30 radələrində Quba rayonu ərazisində rayon sakini Bilal Abbasov "UAZ-452" markalı avtomaşını idarə edərkən onu aşırmışdır. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş sürücüsü orada ölmüşdür.

Masallı rayonunun Qəzvinoba kəndi ərazisində yol-nəqliyyat hadisəsi

15.11.2011

Noyabrın 15-də saat 22.40 radələrində Masallı rayonunun Qəzvinoba kəndi ərazisində rayon sakini Vüsal Məmmədov "VAZ-2106" markalı avtomaşını idarə edərkən həmyerlisi Rauf Hacıyevi vurmuşdur. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.

Nəsimi rayonu ərazisində yol-nəqliyyat hadisəsi

15.11.2011

Noyabrın 15-də saat 13.55 radələrində Nəsimi rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini Sabir Cavadov vurulmuşdur. Xəsarət almış zərərçəkən xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır.

Gəncə şəhəri ərazisində yol-nəqliyyat hadisəsi

15.11.2011

Noyabrın 15-də saat 16.30 radələrində Gəncə şəhəri ərazisində müəyyən edilməmiş avtomaşınla Şəmkir rayon sakini Malik Atamov vurulmuşdur. Xəsarət almış piyada xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır.

Şabran rayonu ərazisində yol-nəqliyyat hadisəsi

15.11.2011

Noyabrın 15-də saat 20.00 radələrində Şabran rayonu ərazisində, rayon sakini Abduləziz Həşimovun idarə etdiyi "TOFAŞ" və Biləsuvar rayon sakini Ələddin Abbasovun idarə etdiyi "Mercedes-1840 LS" markalı avtomaşınlar toqquşmuşdur. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş "TOFAŞ"ın sürücüsü və sərnişini Ramin Məstanov orada ölmüşlər.

Xızı rayonu Türkoba kənd sakini Nəcib Kazımova məxsus evdə təbii qazın sızmasından yanğına keçən ani partlayış baş vermişdi

15.11.2011

Noyabrın 15-də saat 06.35 radələrində Xızı rayonunun Türkoba kəndində, kənd sakini Nəcib Kazımova məxsus evdə təbii qazın sızmasından yanğına keçən ani partlayış baş vermişdir. Nəticədə evin yanar konstruksiyaları yanmış, yanıq xəsarətləri almış ev sahibi, arvadı Bəxtli və iki azyaşlı qızları xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.

Mağazadan 12 ədəd mobil telefon oğurlamış Radik Kazımov tutulmuşdur

15.11.2011

Çevik Polis Alayı və Nizami (Bakı) RPİ 24-cü PB əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 15-də Bakı şəhər sakini Samir Hüseynova məxsus mağazadan 12 ədəd mobil telefon oğurlamış Radik Kazımov tutulmuşdur.

Oğurluq etmiş Bakı şəhər sakini Amir Abdulcəlil tutulmuşdur

15.11.2011

Səbail RPİ 39-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 13-də Sərxan Yadigarovun mənzilindən oğurluq etmiş Bakı şəhər sakini Amir Abdulcəlil tutulmuşdur.

Musayev Elmanı bıçaqla qətlə yetirib hadisə yerindən qaçmış Yevlax şəhər sakini Natiq Mustafayev tutulmuşdur

15.11.2011

Yevlax RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 14-də Musayev Elmanı bıçaqla qətlə yetirib hadisə yerindən qaçmış Yevlax şəhər sakini Natiq Mustafayev tutulmuşdur.

Avtomaşın qaçırmış Masazır qəsəbə sakini Asiman Bayramov tutulmuşdur

15.11.2011

Abşeron RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il avqustun 17-də Sədrəddin Əbilova məxsus "VAZ-21061" markalı avtomaşını qaçırmış Masazır qəsəbə sakini Asiman Bayramov tutulmuşdur. Araşdırmalar zamanı onun avtomaşından maqnitofonu və səsgücləndiriciləri sökərək oğurlaması müəyyən edilmişdir.

O.M.