Elmar Qasımov Həmkarlar İttifaqının Rəyasət Heyətinin üzvlüyündən çıxarılıb

Elmar Qasımov Həmkarlar İttifaqının Rəyasət Heyətinin üzvlüyündən çıxarılıb

16 Noyabr 2011 12:46
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin bu gün keçirilən X məclisində komitənin Məclis və Rəyasət Heyətinə qismən dəyişiklik edilməsi barədə qərar qəbul olunub. Məlumata görə, qərara əsasən təhsil nazirinin keçmiş müavini Elmar Qasımov Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Rəyasət Heyətinin üzvlüyündən azad edilib. Onun yerinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Respublika Komitəsinin təşkilat şöbəsinin müdiri Emil Rüstəmov təyin olunub.

O.M.