Saatlıda narkotik ticarətçiləri tutuldular

Saatlıda narkotik ticarətçiləri tutuldular

16 Noyabr 2011 12:04
Bəyəndim (0) Bəyənmədim (0)

Saatlı rayon Polis Şöbəsindən məlumat verilir ki, rayonunda narkotik vasitələrin satışı ilə məşğul olan bir qrup şəxs saxlanılıb. Polisin keçirdiyi əməliyyat tədbirləri çərçivəsində narkotik maddələrin istifadəsi və satışı ilə məşğul olan rayon sakinləri həbs ediliblər. Məmmədabad kənd sakini Heydərov Əlikram Əhməd oğlu, Genişkənd sakini Həsənov Adil Oruc oğlu və Əliabad kənd sakini Ağayev Cavid Ulduz oğlundan satış üçün nəzərdə tutulmuş müxtəlif çəkilərdə qablaşdırılmış, narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Hər üç şəxs barəsində həbs-qətimkan tədbiri seçilib. Faktla bağlı Saatlı rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

O.M.