Şabranda 2 avtomobil toqquşub, 2 nəfər ölüb

Şabranda 2 avtomobil toqquşub, 2 nəfər ölüb

16 Noyabr 2011 11:22
Bəyəndim (0) Bəyənmədim (0)

Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, Bakı-Quba-Rusiya sərhədi yolunun 125-ci kilometrliyində, Azərbaycanın Şabran rayonu ərazisində 2 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Tofaş" markalı minik avtomobili ilə "Mercedes" markalı yük maşını toqquşub. Nəticədə "Tofaş" markalı avtomobilin sürücüsü, 1961-ci il təvəllüdlü Həşimov Əbdüləziz Əbdülhəşim oğlu və həmin avtomobildə olan sərnişin, 1977-ci il təvəllüdlü Məstanov Ramin Səttar oğlu aldıqları xəsarətdən hadisə yerində ölüblər. Faktla bağlı araşdırma aparılır, qəzanın baş vermə səbəbləri dəqiqləşdirilir.

O.M.