Siyəzəndə 42 yaşlı kişi özünü güllələdi

Siyəzəndə 42 yaşlı kişi özünü güllələdi

16 Noyabr 2011 10:00
Bəyəndim (0) Bəyənmədim (0)

Siyəzən Rayon Prokurorluğu məlumat verir ki, rayonun Balaca Həmyə kəndində intihar hadisəsi qeydə alınıb. Kənd sakini, 42 yaşlı Qiyas Səməndər oğlu Eyvazov yaşadığı evdə ov tüfəngindən atəş açaraq özünü öldürüb. Mərhumun özünə qəsd etməsinin səbəbləri məlum deyil. Faktla bağlı Siyəzən Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

O.M.