Azərbaycanda 14 noyabrın kriminal xronikası

Azərbaycanda 14 noyabrın kriminal xronikası

15 Noyabr 2011 12:00
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən ölkəmizdə 33 cinayət faktı qeydə alınmışdır

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 33 cinayət faktı qeydə alınmış, onların da 19-u "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 2 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 11 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 15 nəfər isə yaralanmışdır.

12 yanğın hadisəsi qeydə alınmışdır ki, nəticədə 1 nəfər yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 36 nəfər tutulmuşdur.

Yevlax şəhər sakini Elman Musayevin bıçaqla qətlə yetirilmiş meyiti tapılmışdır

14.11.2011

Noyabrın 14-də saat 19.20 radələrində Yevlax şəhərində, şəhər sakini Elman Musayevin bıçaqla qətlə yetirilmiş meyiti tapılmışdır. İlkin yoxlama prokurorluq, əməliyyat-axtarış tədbirləri Yevlax RPŞ tərəfindən aparılır.

Quba rayonunun Nərimankənd kəndi ərazisində yol-nəqliyyat hadisəsi

14.11.2011

Noyabrın 14-də saat 23.15 radələrində Quba rayonunun Nərimankənd kəndi ərazisində Siyəzən şəhər sakini Samir Xankişiyev "Mercedes-230" markalı avtomaşını idarə edərkən onu ağaca vurmuşdur. Nəticədə sürücünün sərnişini - 5 yaşlı qızı Fatimə hadisə yerində ölmüş, özü və anası Sevda isə xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri ağırdır.

Nəsimi rayonu ərazisində yaşayan Vadim Morduxayevin evində yanğın baş vermişdir

14.11.2011
Noyabrın 14-də saat 00.10 radələrində Nəsimi rayonu ərazisində yaşayan Vadim Morduxayevin evində yanğın baş vermişdir. Nəticədə evin dam örtüyü bütövlükdə yanmış, ev sahibi isə tüstüdən zəhərlənmə ilə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir.

Əmircan qəsəbəsində yaşayan Şahsənəm İbrahimova dəm qazından zəhərlənmişdir

14.11.2011
Noyabrın 14-də Suraxanı rayonunun Əmircan qəsəbəsində yaşayan Şahsənəm İbrahimova evindən dəm qazından zəhərlənmə xəstəxanaya gətirilmiş, vəziyyəti orta-ağırdır.

Avtomaşın qaçırmış Abşeron rayon sakini İlqar Cəniyev tutulmuşdur

14.11.2011

Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 12-də Ceyhun Mehdiyevə məxsus "VAZ-21011" markalı avtomaşını qaçırmış Abşeron rayon sakini İlqar Cəniyev tutulmuşdur.

Oğurluq etməkdə şübhəli bilinən Qazax rayonunun Dəmirçilər kənd sakini Eldar Əliyev tutulmuşdur

14.11.2011

Noyabrın 13-də Qazax rayonunun Dəmirçilər kənd sakini Səfurə Məhərrəmovanın evindən pəncərədən girmək yolu ilə 240 manat pul, 1 ədəd mobil telefon və qızıl əşyaları oğurlanmışdır. Qazax RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş kənd sakini Eldar Əliyev tutulmuşdur.

Avtomaşın qaçırmış Xaçmaz rayon sakini İsmayıl Beridze tutulmuşdur

14.11.2011

Xaçmaz RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 13-də Səfər Ağayevə məxsus qaçırılmış "VAZ-2105" markalı avtomaşın Xaçmaz şəhəri ərazisində tapılmış, onu qaçırmış rayon sakini İsmayıl Beridze tutulmuşdur.

Rusiya Federasiyasının vətəndaşı Azər Azadova qarşı zor tətbiq etmiş Gəncə şəhər sakini Sənan İbrahimov tutulmuşdur

14.11.2011

Nizami (Gəncə) RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 10-da Rusiya Federasiyasının vətəndaşı Azər Azadova qarşı zor tətbiq edərək qızıl boyunbağısını ondan almış Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Sənan İbrahimov tutulmuşdur.

Kürdəmir rayonunun Çöl-Qubalı kəndi ərazisində yol-nəqliyyat hadisəsi

14.11.2011

Noyabrın 13-də saat 21.00 radələrində Kürdəmir rayonunun Çöl-Qubalı kəndi ərazisində kənd sakini Rəşid Məhərrəmov "VAZ-21011" markalı avtomaşını idarə edərkən onu kanala aşırmışdır. Nəticədə sürücü aldığı xəsarətdən hadisə yerində ölmüşdür.

Təəssüf ki, "cinayət işi" adlı sənədin sonunda nida qoyulmur. Çox vaxt ya vergül, ya da üç nöqtə yazılır. Elə ona görə də növbəti kriminal xəbərlərimizi gözləyin...

Sərvər Aslanov

O.M.