Moskva şəhər polis rəisinin müavini qarət olundu

Moskva şəhər polis rəisinin müavini qarət olundu

15 Noyabr 2011 11:46
Bəyəndim (0) Bəyənmədim (0)
Günün-günorta çağı polkovnikin çantasını qapıb qaçdılar

Rusiya Federasiyası Daxili İşlər Nazirliyi Moskva şəhər İdarəsinin rəis müavini polkovnik Nadejda Romaşovanı günün günorta çağı qarət ediblər. Rusiyanın Crims.ru saytı məlumat verir ki, 13 noyabr günü Moskvanın Birinci Dubrovsk küçəsində naməlum şəxslər polkovnikə yaxınlaşaraq, gözlənilmədən çantasını götürüb qaçıblar və yaxınlıqdakı qara avtomobilə minərək aradan çıxıblar. Faktla başlı Moskva Şəhər Polis İdarəsində cinayət işi açılıb. Müstəntiqlərin məlumatına görə, hadisə zamanı polkovnikin çantasında bank kartı olub ki, onu da Romaşova tezliklə bloklaşdırıb. Lakin bəzi mətbuat orqanlarının iddiasına görə, onun çantasında çoxlu sayda pullar, qiymətli əşyalar və xidməti vəsiqə olub.

Xatırladaq ki, Nadejda Romaşova Rusiya Federasiyası Daxili İşlər Nazirliyi Moskva şəhər İdarəsinin rəis müavini vəzifəsinə 2008-ci ilin payızında Rusiya prezidentin Fərmanı ilə təyin olunub və eyni zamanda "daxili işlər xidmətinin polkovniki" rütbəsinə layiq görülüb. O, 1983-cü ildən Daxili İşlər nazirliyində işləyir.

Qanun keşikçisi də qanunsuzluqdan sığortalı deyil...

Sərvər Aslanov

O.M.