Yevlaxda qətl hadisəsi baş verdi

Yevlaxda qətl hadisəsi baş verdi

15 Noyabr 2011 11:35
Bəyəndim (0) Bəyənmədim (0)

Yevlax rayon Prokurorluğundan bildirilir ki, noyabrın 14-də Yevlax şəhəri, Zərdabi küçəsində yerləşən "Gənclər evi" binasının yaxınlığında qətl hadisəsi qeydə alınıb. Rayon sakini, 1966-cı il təvəllüdlü Mustafayev Elman Şamil oğlunun üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib. Hazırda qətli törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat tədbirləri davam etdirilir. Faktla bağlı Yevlax Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanıb, istintaq gedir.

Hamıya həyatı Allah verib. Hətta qətl törədənlərə belə. Bu həyatı ancaq Allah insandan ala bilər...

Hafiz Əhmədov

O.M.