MOİK-in azarkeşini öldürən azərbaycanlı axtarışdadır

MOİK-in azarkeşini öldürən azərbaycanlı axtarışdadır

13 Noyabr 2011 01:03
Bəyəndim (1) Bəyənmədim (0)

Bu günlərdə Rusiyanın Federal axtarışına və beynəlxalq axtarışa azərbaycanlı Xosrovlu Nail adlı şəxs verilib. Crims.ru saytının məlumatına görə, qatil 02 oktyabr tarixində Moskva ətrafı Podolsk şəhərində Rusiyanın MOİK komandasının 18 yaşlı azarkeşi Andrey Uryupinin ölümündə təqsirli bilinir. Belə ki, ticarət əyləncə mərkəzinin girişində gecə saatlarında bir neçə nəfərlə Uryupinin davası düşüb. Nəticədə, mərhum çoxsaylı bıçaq zərbələri alıb. Mərhumla bərabər onun 12 yaşlı qız dostu da bıçaq zərbələri ilə xəstəxanaya yerləşdirilib.

Rusiya hüquq-mühafizə orqanlarının fikrincə, Xosrovlu Nail hadisənin səhəri günü Bakıya qaçıb. Hal-hazırda onun axtarışları davam etdirilir.

Qanuni cəzadan qaçmaq olar, amma vicdan cəzasından əsla...

Fuad Borçalı

O.M.