Yeni ailə quran ailə avtomobil qəzasına düşdü

Yeni ailə quran ailə avtomobil qəzasına düşdü

12 Noyabr 2011 22:59
Bəyəndim (1) Bəyənmədim (0)

Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsinin müstəntiqi Rafiq Həsənov bildirir ki, Bakı-Şamaxı yolunda ölümlə nəticələnən avtomobil qəzası baş verib. Hadisə bu gün saat 12:00 radələrində yolun 37.5-ci kilometrliyində, Abşeron rayonu ərazisində qeydə alınıb. Kəlbəcər sakini 1959-cu il təvəllüdlü Əliyev Dilqəm Əli oğlunun idarə etdiyi "Azəryolservis" ASC-yə məxsus "Tatra markalı yük maşını qarşı tərəfdən gələn İsmayıllı rayon sakini, 1985-ci il təvəllüdlü İsayev Samir Etibar oğluna məxsus "VAZ 21104" markalı maşınla toqquşub. Hadisə nəticəsində sürücü Samir İsayev dünyasını dəyişib, onun həyat yoldaşı 19 yaşlı Ülkər Bayramova müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Onların bir ay öncə ailə qurduğu bildirilir. Faktla bağlı BDYPİ-nin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

O.M.