Azərbaycanda 11 noyabrın kriminal xronikası

Azərbaycanda 11 noyabrın kriminal xronikası

12 Noyabr 2011 12:30
786
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən ölkəmizdə 39 cinayət faktı qeydə alınmışdır

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 39 cinayət faktı qeydə alınmış, onların da 18-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 2 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 16 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 4 nəfər isə yaralanmışdır.

7 yanğın hadisəsi qeydə alınmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 28 nəfər tutulmuşdur.

Bakı şəhər sakini Ələkbər Kasimov münaqişə zəminində Yefim Barkunovu bıçaqla qətlə yetirmişdir

11.11.2011

Noyabrın 11-də saat 04.00 radələrində paytaxtın Nizami rayonu ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ələkbər Kasimov münaqişə zəminində Yefim Barkunovu bıçaqla qətlə yetirmişdir. Nizami RPİ 24-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Kasimov tutulmuşdur.

Qubadlı rayon sakini Bəhruz Müseyibova bıçaqla xəsarət yetirmiş Saray qəsəbə sakini Cavid Məcidov tutulmuşdur

11.11.2011

Noyabrın 11-də saat 01.25 radələrində Sumqayıt şəhəri ərazisindəki "Xan Bağı" kafesində, Saray qəsəbə sakini Cavid Məcidov münaqişə zəminində Qubadlı rayon sakini Bəhruz Müseyibova bıçaqla xəsarət yetirmişdir. Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində C.Məcidov tutulmuşdur.

Sumqayıt şəhərinin İnşaatçılar qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi

11.11.2011

Noyabrın 11-də saat 19.00 radələrində Sumqayıt şəhərinin İnşaatçılar qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomaşınla şəhər sakini Şəmistan Namazov vurulmuşdur. Nəticədə zərərçəkmiş xəstəxanaya yerləşdirilmiş, vəziyyəti ağırdır.

Yasamal rayonu ərazisində yol-nəqliyyat hadisəsi

11.11.2011

Noyabrın 11-də saat 23.50 radələrində Yasamal rayonu ərazisində Bakı şəhər sakini Zaur Ağayev "Chevrolet" markalı avtomaşını idarə edərkən 30-35 yaşlı kişini vurmuşdur. Nəticədə həmin kişi hadisə yerində ölmüşdür.

Binəqədi rayonunun Sulutəpə qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi

11.11.2011

Noyabrın 12-də saat 00.20 radələrində Binəqədi rayonunun Sulutəpə qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini Vüqar Şükürov vurulmuşdur. Nəticədə piyada xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir.

Binəqədi rayonu ərazisində yol-nəqliyyat hadisəsi

11.11.2011

Noyabrın 11-də saat 23.40 radələrində Binəqədi rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini 13 yaşlı Leyla Bayramova vurulmuşdur. Xəsarət almış azyaşlıya xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmışdır.

Bakının Nizami rayonu ərazisində yol-nəqliyyat hadisəsi

11.11.2011

Noyabrın 11-də saat 23.10 radələrində Bakının Nizami rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla şəhər sakini Elnur Süleymanov vurulmuşdur. Nəticədə zərərçəkmiş xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir.

Narkotik vasitə ilə tutulmuş Salyan şəhər sakini Mirhabil Bədirovun evinə baxış zamanı odlu və soyuq silahlar aşkar edilərək götürülmüşdür

11.11.2011

Salyan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Salyan şəhər sakini, əvvəllər məhkum olunmuş Mirhabil Bədirovdan 10 qram həşiş götürülmüşdür. Onun evinə baxış zamanı orada 1 ədəd "Makarov" və 1 ədəd "Valter" markalı tapançalar, 1 ədəd pnevmatik tüfəng, 7 ədəd patron, 2 ədəd patron darağı, 2 ədəd süngü-bıçaq, 2 ədəd xəncər və 7 ədəd bıçaq aşkar edilmişdir.

Corat qəsəbə sakini Vidadi Məlikovdan silah götürülmüşdür

11.11.2011

Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Corat qəsəbə sakini, əvvəllər məhkum olunmuş Vidadi Məlikovdan 1 ədəd "Makarov" markalı pnevmatik tapança, habelə həyətyanı sahəsində torpağa basdırdığı 1 ədəd "Naqan" markalı tapança aşkar edilərək götürülmüşdür.

Uğur Orucova bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış Səməd Əliyev tutulmuşdur

11.11.2011

Göygöl RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 10-da Uğur Orucova bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış Səməd Əliyev tutulmuşdur.

2 nəfəri qətlə yetirməkdə və 3 nəfərə xəsarət yetirməkdə şübhəli bilinən Türkiyə vətəndaşı Şener Əjdər tutulmuşdur

11.11.2011

Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qayınatası Əzizi və qayınanası İntizarı öldürmüş, arvadı Günelə, baldızı Aynurəyə və qayını Ramala isə bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış Türkiyə vətəndaşı Şener Əjdər tutulmuşdur.

Türkiyə vətəndaşı Menikşə Gezgin dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilmişdir

11.11.2011

Noyabrın 11-də Nəsimi rayonu ərazisində yaşayan Türkiyə vətəndaşı Menikşə Gezgin evindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilmiş, vəziyyəti orta-ağırdır.

Buzovna qəsəbəsində, 234 №-li orta məktəbin 3-cü mərtəbəsindəki sanitar qovşağında partlayış baş vermişdir

11.11.2011

Noyabrın 11-də saat 11.40 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsində, 234 №-li orta məktəbin 3-cü mərtəbəsindəki sanitar qovşağında partlayış baş vermişdir. Nəticədə qapı və pəncərə çərçivələri dağılmış, 11-ci sinif şagirdi Məmi İbadlı isə yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilmişdir.

Xəzər rayonunun Dübəndi qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi

11.11.2011

Noyabrın 4-də saat 15.30 radələrində, Xəzər rayonunun Dübəndi qəsəbəsi ərazisində Masallı rayon sakini Seymur Əhmədov "VAZ-2107" markalı avtomaşını idarə edərkən Bakı şəhər sakini Pərvin Əliyevi vurmuşdur. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada noyabrın 11-də orada ölmüşdür.

Xırdalan şəhər sakini İlahə Həsənova sirkə turşusundan zəhərlənmişdir

11.11.2011

Noyabrın 11-də Xırdalan şəhər sakini İlahə Həsənova evindən sirkə turşusundan zəhərlənmə ilə xəstəxanaya gətirilmiş, vəziyyəti orta-ağırdır.

Sumqayıt şəhəri ərazisində yaşayan Günel Abdullayeva ehtiyatsızlığı nəticəsində yıxılaraq ölmüşdür

11.11.2011

Noyabrın 11-də Sumqayıt şəhəri ərazisində yaşayan Günel Abdullayeva evlərinin pəncərə şüşələrini təmizləyərkən ehtiyatsızlığı nəticəsində 4-cü mərtəbədən yıxılaraq ölmüşdür.

Gəncə şəhər sakini Rəqsanə Məmmədova və Abşeron rayonunun Saray qəsəbə sakini Sara Budaqova dəm qazından zəhərlənmişlər

11.11.2011

Noyabrın 11-də Gəncə şəhər sakini Rəqsanə Məmmədova evindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilmiş, vəziyyəti ağırdır.
Noyabrın 11-də saat 02.35 radələrində Abşeron rayonunun Saray qəsəbə sakini 15 yaşlı Sara Budaqova evlərindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilmiş, vəziyyəti orta-ağırdır.

Şəki rayonunun Baş Küngüt kənd sakini Vasif Rəsulov elektrik cərəyanı vurması nəticəsində ölmüşdür

11.11.2011

Noyabrın 11-də Şəki rayonunun Baş Küngüt kəndinin ərazisində, kənd sakini Vasif Rəsulov elektrik cərəyanı vurması nəticəsində ölmüşdür.

Dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilmiş Salyan rayon sakini Gülnarə Məmmədova orada ölmüşdür

11.11.2011

Noyabrın 11-də Salyan rayonunun Yenikənd kənd sakini Gülnarə Məmmədova dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilmiş və orada ölmüşdür.

Təki hər zaman kriminal xəbərlərin oxucusu olasınız, iştirakçısı yox...

Hafiz Əhmədov

O.M.