Yevlax ərazisində ağır yol qəzası baş verdi

Yevlax ərazisində ağır yol qəzası baş verdi

12 Noyabr 2011 14:37
Bəyəndim (0) Bəyənmədim (0)

Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, bu gün Bakı-Qazax-Gürcüstan magistral yolunun 283-cü kilometrliyində, Yevlax rayonu ərazisində ağır yol qəzası qeydə alınıb. "Niva" markalı minik maşını yolun əks istiqaməti ilə hərəkət edən "VAZ-2107" markalı avtomobillə toqquşub. Nəticədə hər iki maşının sürücüsü aldıqları xəsarətdən hadisə yerindəcə dünyasını dəyişiblər. Avtomobillərdə olan daha iki nəfər sərnişin isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hazırda qəzada ölən və yaralanan şəxslərin adları dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.

Bu dünyada hər kəsin öz yolu olmalıdır...

Hafiz Əhmədov

O.M.