Bakıda avtodayanacaq gözətçisini öldürdülər

Bakıda avtodayanacaq gözətçisini öldürdülər

11 Noyabr 2011 20:02
Bəyəndim (0) Bəyənmədim (0)

Nizami rayon prokurorunun köməkçisi Mobil Şəfiyev məlumat verir ki, noyabrın 11-i saat 03.00 radələrində rayonun Rüstəm Rüstəmov küçəsi, 5 ünvanında yerləşən avtodayanacaqdakı gözətçi otağında qətl hadisəsi qeydə alınıb. Bakı şəhər sakini Ələkbər Kamal oğlu Kasimov şəxsi münaqişə zəminində həmin avtodayanacaqda gözətçi işləyən Barkyanov Yexim Stepanoviçi küt alətlə qətlə yetirib. Hadisəni törədən Ə. Kasimov saxlanılıb. Qətlin motivi hələlik məlum deyil. Faktla bağlı Nizami Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

Cinayət birinin həyatını, digərinin azadlığını qətlə yetirir...

Hafiz Əhmədov

O.M.