Anasını qətlə yetirən Quba sakini ömürlük azadlıqdan məhrum edildi

Anasını qətlə yetirən Quba sakini ömürlük azadlıqdan məhrum edildi

11 Noyabr 2011 17:03
Bəyəndim (0) Bəyənmədim (0)
Müttəhim törətdiyi əmələ görə peşman olmadığını deyib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 76 yaşlı anasını qətlə yetirməkdə təqsirləndirilən Quba rayon sakini Nurulla Nurullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi prosesdə dövlət ittihamçısı Valeh Səmədov çıxış edərək ananın müqəddəs varlıq olduğunu bildirib, bu cür cinayəti törədən şəxsin cəmiyyətdən təcrid olunmasının vacibliyini vurğulayıb. Prokuror N. Nurullayevin ömürlük azadlıqdan məhrum edilməsini istəyib. Daha sonra hakimlər müşavirəyə gediblər. Müşavirədən sonra hakim hökmü elan edib. Hökmə əsasən, N. Nurullayev ömürlük olaraq azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Vladimirovka kənd sakini Nurulla Nurullayev aralarında yaranan mübahisə nəticəsində öz anasına, 76 yaşlı Zabitə Əlövsət qızı Nurullayevaya 9 bıçaq zərbəsi vuraraq onu ölümcül yaralayıb. Yaralı təcili olaraq rayon xəstəxanasına aparılaraq cərrahiyyə şöbəsinə yerləşdirilib. Amma həkimlərin səyinə baxmayaraq, qadın dünyasını dəyişib.
Məhkəmədə ifadə verən N. Nurullayev törətdiyi əmələ görə peşman olmadığını deyib.
N. Nurullayev Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4, 120.2.9, 228.4-cü maddələrinə əsasən ittiham olunur.

Cənnət anaların ayaqları altındadır. Bu halda müttəhim cənnət arzularını öldürmüş oldu...

Sərvər Aslanov

O.M.