Buzovnada 234 saylı orta məktəbdə partlayış olub

Buzovnada 234 saylı orta məktəbdə partlayış olub

11 Noyabr 2011 14:18
Bəyəndim (0) Bəyənmədim (0)

Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsindən məlumat verilir ki, bu gün Buzovna qəsəbəsində yerləşən 234 saylı orta məktəbdə partlayış qeydə alınıb. Nəticədə 11-ci sinif şagirdi, 17 yaşlı İbadov Məmi Təyyar oğlu yanıq xəsarəti alıb. Yaralı xəstəxanaya yerləşdirilib. Polisdən həmçinin bildirilir ki, sözügedən məktəbdə qaz xətti olmayıb. Partlayışın nədən baş verdiyi hələlik məlum deyil.

Hazırda Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri hadisə yerində araşdırma aparırlar.

O.M.