Azərbaycanda 10 noyabrın kriminal xronikası

Azərbaycanda 10 noyabrın kriminal xronikası

11 Noyabr 2011 11:03
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən ölkəmizdə 58 cinayət faktı qeydə alınmışdır

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 58 cinayət faktı qeydə alınmış, onların da 34-ü "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 1 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 5 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 7 nəfər isə yaralanmışdır.

8 yanğın hadisəsi qeydə alınmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 5 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 33 nəfər tutulmuşdur.

Tərtər rayonunun Sarıcalı kənd sakini Tünzalə Həsənovanın meyiti evində tapılmışdır

10.11.2011

Noyabrın 10-da saat 11.15 radələrində Tərtər rayonunun Sarıcalı kəndində, kənd sakini Tünzalə Həsənovanın əlləri mələfə ilə bağlanmış, boğulmuş halda olan meyiti evində tapılmışdır. İlkin yoxlama prokurorluq, əməliyyat-axtarış tədbirləri isə Tərtər RPŞ tərəfindən aparılır.

Ağdaş şəhərində yaşayan Telman Abdullayevin küt alətlə qətlə yetirilmiş meyiti evində tapılmışdır

10.11.2011

Noyabrın 10-da saat 16.30 radələrində Ağdaş şəhərində yaşayan Telman Abdullayevin küt alətlə qətlə yetirilmiş meyiti evində tapılmışdır. T.Abdullayevin evinə baxış zamanı oradan 1 ədəd "Mauzer" tipli tapança, 15 ədəd patron və 2 ədəd güllə darağı aşkar edilərək götürülmüşdür.

Bərdə şəhərində yol-nəqliyyat hadisəsi

10.11.2011

Noyabrın 10-da saat 16.00 radələrində Bərdə şəhərində, rayon sakini Bayram Türbəndiyev "QAZel" markalı avtomaşını idarə edərkən 5 yaşlı Aysel Hüseynovanı vurmuşdur. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş uşaq orada ölmüşdür.

Vaqif Əsgərova bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış Bakı şəhər sakini Fərhad Əliyev tutulmuşdur

10.11.2011

Nizami (Bakı) RPİ 24-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 6-da Vaqif Əsgərova bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış Bakı şəhər sakini Fərhad Əliyev tutulmuşdur.

Mobil telefon oğurlamış Gəncə şəhər sakini Elnur Kərimov tutulmuşdur

10.11.2011

Nəsimi RPİ 20-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 10-da 261 saylı xətt avtobusunda Bakı şəhər sakini Bahar İsmayılovanın mobil telefonu oğurlamış Gəncə şəhər sakini Elnur Kərimov tutulmuşdur.

Cavad Hacıyevə bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış Mingəçevir şəhər sakini Ceyhun Mirzəyev tutulmuşdur

10.11.2011

Mingəçevir ŞPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 2-də Cavad Hacıyevə bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış şəhər sakini Ceyhun Mirzəyev tutulmuşdur.

Mağazadan oğurluq etmiş Astara rayon sakini Emin Axundov tutulmuşdur

10.11.2011

Astara RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 7-də Səbinə Ağayevaya məxsus mağazadan oğurluq etmiş rayon sakini, əvvəllər məhkum olunmuş Emin Axundov tutulmuşdur.

Gəncə şəhər sakini Ramin Məmmədovdan 1 ədəd "TT" markalı tapança və vasitələri götürülmüşdür

10.11.2011

Gəncə ŞBPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini Ramin Məmmədovdan 1 ədəd "TT" markalı tapança, 18 ədəd patron və 2 ədəd patron darağı götürülmüşdür.

Bakı şəhər sakini Emil Acalovdan 5 ədəd qaz balonu, 4 ədəd qandal və qırma götürülmüşdür

10.11.2011

Qazax RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Emil Acalovdan 5 ədəd qaz balonu, 4 ədəd qandal və qırma götürülmüşdür.

Abşeron rayon sakinləri Əsmər Əsədova, Teymur Qulamov, Ələkbər Həsənli dəm qazından zəhərlənmişlər

10.11.2011

Noyabrın 9-da Abşeron rayon sakinləri Əsmər Əsədova, Teymur Qulamov, Ələkbər Həsənli evlərindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilmiş, vəziyyətləri qənaətbəxşdir.

Nərimanov rayonu ərazisində yaşayanlar - Camal Qurbanov, İlkin Lətifov və Qasım Seyidov dəm qazından boğulmuşlar

10.11.2011

Noyabrın 10-da Nərimanov rayonu ərazisində yaşayanlar - Camal Qurbanov, İlkin Lətifov və Qasım Seyidov evlərində dəm qazından boğulmuşlar.

Spirtli içkidən zəhərlənmə ilə xəstəxanaya gətirilmiş Cabbar Abdullayev ölmüşdür

10.11.2011

Noyabrın 9-da Nərimanov rayonu ərazisindən, Cabbar Abdullayev spirtli içkidən zəhərlənmə ilə xəstəxanaya gətirilmiş və noyabrın 10-da orada ölmüşdür.

Qaradağ rayon sakini Tofiq Fayılov kombaynının altına düşərək ölmüşdür

10.11.2011

Noyabrın 10-da Qaradağ rayonu ərazisindəki daş karxanasında, orada işləyən rayon sakini Tofiq Fayılov kombaynının altına düşərək ölmüşdür.

Yol-nəqliyyat hadisəsəsi zamanı xəsarət almış Təranə Salmanova ölmüşdür

10.11.2011
Noyabrın 9-da saat 12.00 radələrində Qobustan rayonu ərazisində, Sumqayıt şəhər sakini Arif Piriyevin idarə etdiyi "VAZ-21074" markalı və Şəki rayon sakini Daşqın Rəsulovun idarə etdiyi "Mercedes-180" markalı avtomaşınlar toqquşmuşdur. Xəsarət almış A.Piriyevin sərnişini Şahlar Şükürov və D.Rəsulovun sərnişini Təranə Salmanova xəstəxanaya yerləşdirilmişlər. T.Salmanova noyabrın 10-da orada ölmüş, Ş.Şükürovun vəziyyəti isə qənaətbəxşdir.

Göyçay sakini elektrik vurmasından ölmüşdür

10.11.2011

Noyabrın 10-da Göyçay şəhəri ərazisindəki Elektrik Yarımstansiyasında, orada işləyən Şahin Sadıqov elektrik cərəyanı vurması nəticəsində ölmüşdür.

Masallı rayonunun Qızılavar kəndi ərazisində yol-nəqliyyat hadisəsi

10.11.2011

Noyabrın 9-da saat 20.00 radələrində Masallı rayonunun Qızılavar kəndi ərazisində rayon sakini Tapdıq Əliyev "Mercedes" markalı avtomaşını idarə edərkən kənd sakini Maqsud Məmmədovu və onun oğlu Maisi vurmuşdur. Onlar xəstəxanaya yerləşdirilmişlər. M.Məmmədov noyabr ayının 10-da orada ölmüş, Maisin vəziyyəti isə qənaətbəxşdir.

Göyçay şəhəri ərazisindəki Elektrik Yarımstansiyasında işləyən Şahin Sadıqov elektrik cərəyanı vurması nəticəsində ölmüşdür

10.11.2011

Noyabrın 10-da Göyçay şəhəri ərazisindəki Elektrik Yarımstansiyasında, orada işləyən Şahin Sadıqov elektrik cərəyanı vurması nəticəsində ölmüşdür.

Sumqayıt şəhər sakini Səbinə Əliyeva və Ceyranbatan qəsəbə sakini Şəfaqət Həmidov dəm qazından zəhərlənmişlər

10.11.2011

Noyabrın 10-da Sumqayıt şəhər sakini Səbinə Əliyeva evindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilmiş, vəziyyəti qənaətbəxşdir.
Noyabrın 10-da Ceyranbatan qəsəbə sakini Şəfaqət Həmidov evindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilmiş, vəziyyəti qənaətbəxşdir.

Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində 25-30 yaşlı kişi meyiti tapılmışdır

10.11.2011

Noyabrın 10-da saat 00.30 radələrində Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşları tərəfindən Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində avtomobil yolunun sağ hərəkət hissəsində üzərində yol-nəqliyyat hadisəsi üçün xarakterik xəsarətləri olan 25-30 yaşlı kişi meyiti tapılmışdır.

Sumqayıt şəhərində yaşayan Şəmsəddin Əzimov və arvadı Nüranə dəm qazından zəhərlənmişdir

10.11.2011

Noyabrın 10-da Sumqayıt şəhərində yaşayan Şəmsəddin Əzimov və arvadı Nüranə evlərindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilmiş, vəziyyətləri qənaətbəxşdir.

Həyat bir məktəbdir. İmtahandan o adam alnıaçıq çıxır ki, başqasının səhvində öyrənir...

Sərvər Aslanov

O.M.