Moskvada azərbaycanlı "vorzakon"a hökm oxundu

Moskvada azərbaycanlı "vorzakon"a hökm oxundu

10 Noyabr 2011 20:54
Bəyəndim (0) Bəyənmədim (0)
2 azərbaycanlı "qanuni oğru" arasında düşmənçilik var

Rusiyanın "Прайм Крайм" xəbər agentliyinin məlumatına görə, çərşənbə günü Moskvanın Nikulsk rayon məhkəməsində 46 yaşlı azərbaycanlı "qanuni oğru"ya hökm oxundu. Kriminal aləmdə Vaqif Lənkəranski kimi tanınan Vaqif Süleymanov 3 il müddətinə azadlıqdan məhrum edildi.

Xatırladaq ki, Vaqif Süleymanov 6 iyul günü Miçurin prospekti 11 ünvanında polislər tərəfindən şübhəli şəxs qismində saxlanılmışdı. Bu zaman o, hüquq-mühafizəçilərinə müqavimət göstərərək, onlardan birinin köynəyini cırdı. Onun üzəndən 4.84 qram heroin aşkarlanaraq götürüldü.

Kriminal aləmdə Ded Xasanın yaxın adamı kimi tanınan Lənkəranski tutulmasını sifariş kimi qiymətləndirir. Onun sözlərinə görə, bu, digər azərbaycanlı "vorzakon" Rövşən Caniyevin sifarişi ilə baş verib. Vaqif Süleymanov onu da bildirdi ki, ötən il həmyerlisi onu öldürtməyə cəhd edib.

Kriminal dünyanın öz qanunları var. O dünya dəmir barmaqlıqların arxasında yerləşir...

Sərvər Aslanov

O.M.