28 noyabr günü Berlində Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları görüşəcəklər

28 noyabr günü Berlində Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları görüşəcəklər

10 Noyabr 2011 13:35
Bəyəndim (0) Bəyənmədim (0)

"Dağlıq Qarabağın azərbaycanlı icması" İctimai Birliyinin üzvü, Milli Məclisin deputatı Rövşən Rzayev "Konstitusiya günü"nə həsr edilən tədbirdə çıxışında məlumat verib ki, erməni və azərbaycanlı icma nümayəndələrinin görüşünün noyabrın 28-də Berlin şəhərində keçirilməsi nəzərdə tutulur. R. Rzayev qeyd edib ki, belə görüşlərin keçirilməsində azərbaycanlı icması olaraq maraqlıdırlar: "Bu görüşlər problemin həllinə yardım edə bilər. İki icmanın nümayəndələri nə qədər davamlı görüşsə, münaqişənin həlli bir o qədər yaxınlaşar". R. Rzayev onu da bildirib ki, ermənilərin bu toplantıda iştirak etməyəcəkləri ilə bağlı müəyyən məlumatlar olsa da, Azərbaycanın Almaniyadakı səfirliyi görüşlə bağlı müvafiq işlərin görüldüyünü və yığıncağın baş tutacağını deyib.

Dağlıq Qarabağ əhalisinin görüş yeri Qarabağda olmalıdır...

Hafiz Əhmədov

O.M.